Əsas Səhifə > Ölkə idmanı > “Sabah” klubu U-17 Liqanın qalibi olub

“Sabah” klubu U-17 Liqanın qalibi olub


24-05-2023, 08:00
“Sabah” klubu U-17 Liqanın qalibi olub




AFFA-nın təşkil etdiyi U-17 Liqasının 2022/2023-cü il mövsümünə yekun vurulub.
BrendSport.az xəbər verir ki, sonuncu – 39-cu turun oyununda Qəbələ şəhər stadionunda “Qəbələ” komandası ilə qarşılaşan “Sabah” rəqibini 1:0 hesabı ilə məğlub edərək AFFA U-17 Liqasının qalibi olub.
Oyundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Medalları AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, Şamaxı regional futbol məktəbinin koordinatoru, veteran futbolçu Vəli Qasımov təqdim ediblər.
“Qəbələ” klubunun üzvü İlkin Budaqov mövsümün ən yaxşı futbolçusu seçilib. “Sabah” klubunun üzvü Niyazi Osmanov isə 35 qolla 2022/2023-cü il mövsümünün ən məhsuldar oyunçusu olub.
Geri qayıt