Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqasında son turun təqvimi açıqlanıb

Azərbaycan Premyer Liqasında son turun təqvimi açıqlanıb


23-05-2023, 12:00





Azərbaycan Premyer Liqasında XXXVI – sonuncu turun oyun cədvəli açıqlanıb.

BrendSport.az xəbər verir ki, görüşlər iki günü əhatə edəcək.

Avrokuboklara iddia edən və elitada qalmaq uğrunda mübarizə aparan komandalar mayın 27-də meydana çıxacaqlar.

Mayın 28-də isə medalçılar çıxış edəcək və daha sonra mükafatlandırma mərasimi təşkil olunacaq. Tədbir “Azersun Arena” baş tutacaq.

Premyer Liqa

XXXVI tur

27 may (şənbə)

17:30. “Sumqayıt” – “Zirə”

“Kapital Bank Arena”

17:30. “Qəbələ” – “Kəpəz”

Qəbələ şəhər stadionu

20:00. “Səbail” – “Şamaxı”

“ASCO Arena”

28 may (bazar)

17:00. “Neftçi” – “Sabah”

“Bakcell Arena”

19:30. “Qarabağ” – “Turan Tovuz”

“Azersun Arena”

Geri qayıt