Əsas Səhifə > Ölkə idmanı > Basketbol Liqası: “Gəncə” final seriyasının ikinci oyununda qələbə qazanıb

Basketbol Liqası: “Gəncə” final seriyasının ikinci oyununda qələbə qazanıb


23-05-2023, 07:30






Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçirilib.

BrendSport.az xəbər verir ki , “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gəliblər.

Qarşılaşma bölgə təmsilçisinin 78:74 hesablı qələbəsi ilə bitib. Beləliklə, final seriyasında hesab bərabərləşib - 1:1.

Növbəti matç mayın 24-də gerçəkləşəcək.

Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Üç oyundan sonra qalib bilinməsə, mayın 27-də dördüncü və mayın 30-da beşinci duel baş tutacaq.

Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.
Geri qayıt