Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin iştirakçıları bəlli olub

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin iştirakçıları bəlli olub


“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının XXVI turunun iki oyunu keçirilib.
BrendSport.az xəbər verir ki, günün ilk oyununda çempionatın liderləri – “Sabah” və NTD komandaları üz-üzə gəliblər.
Son dəqiqəyə qədər davam edən mübarizənin sonunda "Sabah" basketbolçuları 75:70 hesablı qələbə qazanaraq, turnir cədvəlinin ilk pilləsinə yüksəliblər.
Oyunda ən məhsuldar basketbolçular “Sabah”dan Entoni Patti (17 xal, 12 ribaund), NTD-dən isə Londel Kinq (23 xal, 10 ribaund) olublar.
Günün ikinci oyunu "AAAF Xırdalan" və "Sərhədçi" basketbolçuları arasında keçirilib. Önəmli oyunda 96:89 hesablı qələbə qazanan "AAAF Xırdalan" pley-off mərhələsinə vəsiqəni təmin edib.
Qarşılaşmada ən məhsuldar basketbolçular "AAAF Xırdalan"da Devin Pullum (27 xal, 3 ribaund), "Sərhədçi"də isə Trevor Blekmon (27 xal, 9 ribaund) seçiliblər.
Bu nəticələrdən sonra "Sabah", NTD, "Gəncə" və "AAAF Xırdalan" pley-off mərhələsinə vəsiqəni təmin ediblər.


Facebook-da paylaş

Xəbəri paylaş