Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Basketbol Liqası: “AAAF Xırdalan” turnir cədvəlində liderliyə yüksəlib

Basketbol Liqası: “AAAF Xırdalan” turnir cədvəlində liderliyə yüksəlib

Azərbaycan Basketbol Liqasında XXIII tura start verilib.

BrendSport.az
xəbər verir ki, turun açılış oyununda “Sabah” və “AAAF Xırdalan” komandaları üz-üzə gəliblər.

“Sərhədçi” İdman Mərkəzində keçirilən matçda Xırdalan təmsilçisi 84:69 hesablı qələbə qazanıb. Görüşün ən məhsuldar basketbolçuları "Sabah"dan Entoni Patti (20 xal, 12 ribaund), “AAAF Xırdalan”dan isə Deymon Makdouel (28 xal, 5 ribaund) olublar.

Bu qələbə ilə xallarının sayını 39-a çatdıran “AAAF Xırdalan” turnir cədvəlində liderliyə yüksəlib. Eyni xala malik "Sabah" isə ikinci pilləyə geriləyib.

Qeyd edək ki, turun NTD - "Olimpik Şəki", "Neftçi” - "Sərhədçi", "Gəncə" - "Zirvə Astara" oyunları aprelin 1-2-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş