Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şabranda uşaq futbolunun inkişafı barədə fikir mübadiləsi aparılıb

Şabranda uşaq futbolunun inkişafı barədə fikir mübadiləsi aparılıb


AFFA-nın və Şabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şabranda uşaq futbolunun inkişafına həsr olunmuş regional tədbir keçirilib.
BrendSport.az xəbər verir ki, tədbirdə AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev, bu qurumun baş katibi Asim Xudiyev, Şabran Rayon Gənclər və İdman İdarəsinin müdiri Süleyman Əliməmmədov, Sumqayıt şəhər, Siyəzən, Şabran, Xızı, Quba və Qusar rayonlarını təmsil edən uşaq futbol məşqçiləri iştirak ediblər.
Tədbirdə R.Əliyev, A.Xudiyev və digər şəxslər çıxış edərək şimal bölgəsində uşaq futbolunun inkişafı, bu sahədə mövcud olan çətinliklər və onların aradan qaldırılması yolları, həmçinin süni örtüklü meydançaların çatışmazlığı, mövcud meydançalarda örtüklərin dəyişdirilməsi, yarışların təşkilində maliyyə çətinlikləri barədə fikirlərini bildiriblər. Şimal Regional Futbol Federasiyası İctimai Birliyinin rəhbərliyinə mövcud çətinliklərin həll edilməsi məqsədilə təkliflər irəli sürülüb.
Tədbirin sonunda uşaq futbol məşqçilərinə AFFA tərəfindən hədiyyələr təqdim edilib.


Facebook-da paylaş

Xəbəri paylaş