Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Paracüdoçumuz Namiq Abaslı Qran-Pri turnirinin finalına yüksəlib

Paracüdoçumuz Namiq Abaslı Qran-Pri turnirinin finalına yüksəlib

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) paracüdo üzrə milli komandasının üzvü Namiq Abaslı Qran-Pri turnirində finala yüksəlib.

BrendSport.az
xəbər verir ki, Misirin İsgəndəriyyə şəhərində keçirilən turnirdə 73 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda yaponiyalı rəqibi Y.Setonu məğlub edərək finala vəsiqə qazanıb.

Martın 16-dək davam edəcək turnir “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
Qeyd edək ki, yarışdan əvvəl Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün göz tibbi təsnifat keçirilib. Tibbi təsnifatdan uğurla keçmiş idmançılar yarışda iştirak hüququ əldə ediblər.


Facebook-da paylaş

Xəbəri paylaş