Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



U-15 kiçik yaşlı yeniyetmələrin Bakı şəhər birinciliyində mindən çox cüdoçu mübarizə aparacaq

U-15 kiçik yaşlı yeniyetmələrin Bakı şəhər birinciliyində mindən çox cüdoçu mübarizə aparacaq


Martın 14-16-da Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 yaşa qədər kiçik yaşlı yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyi keçiriləcək.
BrendSport.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda Bakının 69 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 1043 (947 oğlan, 96 qız) cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Yarışın əsas məqsədi yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
Turnir 23-26 mayda keçiriləcək 15 yaşa qədər kiçik yaşa qədər yeniyetmələr arasında Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır.


Facebook-da paylaş

Xəbəri paylaş