Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Karateçilərimiz “Karate1 Youth League” turnirinin sonuncu günündə daha iki medal qazanıblar

Karateçilərimiz “Karate1 Youth League” turnirinin sonuncu günündə daha iki medal qazanıblar

Karateçilərimiz Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində “Karate1 Youth League” turnirinin sonuncu günü daha iki medal qazanıb.

BrendSport.az
xəbər verir ki, 14 yaşadək uşaqlar arasında Əfqan Tarverdi (-45 kq) qızıl medala, Zeynəb Nəbiyeva isə (-52 kq) gümüş mükafata sahib olub.

Xatırladaq ki, dörd gün davam edən nüfuzlu yarışın əvvəlki günləri Amin Yadigarlı (-55 kq, 16-17 yaşlı gənclər) birinci yeri, Nicat Kərimli (-75 kq, 21 yaşadək gənclər) və Rumil Cəfərli (-76 kq, 16-17 yaşlı gənclər) ikinci pilləni, Raul Səfərəliyev (-63 kq, 14-15 yaşlı yeniyetmələr) isə üçüncü sıranı tutub. Klub yetirmələrindən "Qara Qaplan"ın idmançıları iki qızıl, bir gümüş və bürünc, "Arpaçay" bir qızıl, Sumqayıt idmançısı isə bir bürünc medala sahib olub.

İdmançıları yarışda milli komandanın məşqçiləri Şahin Xudaverdiyev, Seymur Xudaverdiyev, eləcə də Akif Kərimov müşayiət edib. Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev mötəbər yarışın hakimləri arasında olub.

Fevralın 23-26-da mövsümün ilk “Karate1 Youth League” turnirində 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 21 yaşadək gənclər mübarizə aparıb. Mötəbər yarışda 67 ölkədən 1169 idmançı iştirak edib


Facebook-da paylaş

Xəbəri paylaş