Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Şamaxı” klubu “Sabah”ı məğlub edib

“Şamaxı” klubu “Sabah”ı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyunları davam edir.

BrendSport.az
xəbər verir ki, “Şamaxı” doğma meydanda çempionatın iddialılarından “Sabah”ı qəbul edib.

Mövsümün ikinci dövrəsində güclü rəqibi ilə heç-heçə (1:1) edən “Şamaxı” bu dəfə qələbə qazanıb – 2:1.

“Şamaxı”nın heyətində Amil Yunanov dubl edib. Rəqib komandanın qolunu isə Aleksey Kaşuk vurub.
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Sabah”ın hesabında 53 xal var. “Şamaxı” isə xallarının sayını 19-a çatdıraraq son pillədən qurtulub.

Qeyd edək ki, turun ilk iki oyununda “Zirə” səfərdə “Turan Tovuz”a (2:0) qalib gəlib, “Səbail”-“Qəbələ” matçında heç-heçə qeydə alınıb - 2:2. Bu gün “Sumqayıt”la “Kəpəz”, fevralın 27-də isə “Qarabağ”la “Neftçi” üz-üzə gələcək.


Facebook-da paylaş

Xəbəri paylaş