Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək

Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.
BrendSport.az xəbər verir ki, turun açılış oyununda “Kəpəz” klubu Gəncədə “Qarabağ”ı qəbul edəcək. Ağdam təmsilçisi 56 xalla turnir cədvəlində birinci yerdə qərarlaşıb. “Kəpəz” 13 xalla sonuncu – onuncu pillədə yer alıb.
“Qarabağ” ardıcıl 9 qələbə qazanıb. “Kəpəz” son 4 ev görüşündə quru hesabla uduzub.
Qeyd edək ki, turun “Neftçi” – “Sumqayıt” və “Zirə” – “Qəbələ” oyunları fevralın 5-də, “Şamaxı” – “Turan Tovuz” və “Sabah” – “Səbail” matçları isə fevralın 6-da keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş