Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

BrendSport.az Gənclərin və İdmançıların informasiya portalının Sponsoru "İYDƏ" Parfüm

VİDEO Bütün Xəbərlər

Canınızın dərmanı, həyatınızın və sağlamlığınızın tək ünvanı "Həyat Aptek"...
24 saat sizinlə!



Yeniyetmə cüdoçuların Azərbaycan birinciliyinə start verildi



24 yanvar 2023-ci ildə Bakıda cüdo idman növü üzrə U-18 qız və oğlan yeniyetmələr arasında Azərbaycan birinciliyinin ilk yarış günü başladı.

BrendSport.az
xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarış Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən olan 97 müxtəlif klub, cəmiyyət və idman təşkilatdan 618 (504 oğlan, 114 qız) idmançı mübarizə aparacaq.

Turnirin fərdi yarışları 24-26 yanvarda, komanda yarışları isə 27 yanvarda baş tutacaq.

Üç gün davam edəcək yarışda 2006-2008-ci il təvəllüdlü yeniyetmə cüdoçular arasında -36 kq., -40 kq., -44 kq., -48 kq., -52 kq., -57 kq., -63 kq., -70 kq., və +70 kq. çəkilərdə, oğlanlar arasında isə -46 kq., -50 kq., -55 kq., -60 kq., -66 kq., -73 kq., -81 kq., -90 kq., və +90 kq. çəkilərdə cüdoçular güclərini sınayacaqlar.

Qeyd edək ki, yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır, eyni zamanda perspektivli namizədlərin yığma komandaya seçməkdir.


Facebook-da paylaş