Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qadın voleybolçular arasında Azərbaycan çempionatı başlayıb

Qadın voleybolçular arasında Azərbaycan çempionatı başlayıb


Dekabrın 22-də qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk turun oyunları keçirilib.
BrendSport.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan tura “Abşeron” – “Murov” matçı ilə start verilib.
Mövsümün ilk matçında “Murov” qalib gəlib. Vüqar Əliyevin yetirmələri 3 xalı rəqibini 3:1 (25:19, 25:13, 11:25, 26:24) hesabı ilə məğlub etməklə aktivlərinə yazıblar.
Günün ikinci matçında “Azərreyl” UNEC-i sınağa çəkib. Turun son matçında isə qalib üç hissədə müəyyən olub. Eldar Yusubovun komandası hər üç setdə üstün oyun nümayiş etdirərək, görüşü qələbə ilə başa vurub - 3:0 (25:09, 25:17, 26:24)
Beləliklə, ilk turdan sonra aktivinə 3 xal yazdıran “Azərreyl” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerdə qərarlaşıblar. “Abşeron” və UNEC isə turu xalsız başa vurub.
Qeyd edək ki, Yüksək Liqanın qalibi 6 dövrədən sonra müəyyən olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş