Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan ağır atletikası tarixində bir ilk

Azərbaycan ağır atletikası tarixində bir ilk


Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kubokuna start verilib.
Azərbaycan Ağır Atletika Federasiyasından BrendSport.az-a bildiriblər ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayır.
Yarışda artıq ilk rekord qeydə alınıb. Turnirə 25 nəfər qadın idmançı qatılıb ki, bu da Azərbaycan ağır atletikası tarixində bir ilkdir. Bu günə qədər ağırlıqqaldırma üzrə respublika dərəcəli heç bir yarışda bu qədər qadın ağır atlet iştirak etməyib. Onlar bu gün həm müxtəlif çəki dərəcələrində, həm də mütləq qalibi müəyyən edəcəklər.
Daha bir ilk hakimliklə bağlıdır. Respublika dərəcəli ağır atletika turnirlərində ilk dəfə qadın mütəxəssis yarışın baş hakimi təyin edilib. Bu vəzifə sabiq ağır atlet, qadınlar arasında Azərbaycan çempionu, ustadlar arasında 3 qat Avropa və dünya çempionu Səbinə Rzayevaya həvalə edilib.


Facebook-da paylaş

Xəbəri paylaş