Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Kuboku: kişi ağırlıqqaldıranlar arasında ilk qaliblər müəyyənləşib

Azərbaycan Kuboku: kişi ağırlıqqaldıranlar arasında ilk qaliblər müəyyənləşib


Dekabrın 21-dən Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kubokuna start verilib.
Azərbaycan Ağır Atletika Federasiyasından BrendSport.az-a bildirilib ki, yarışın ilk günündə kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 55 kiloqrama qədər olan atletlər çıxıblar. Toplam 207 kq (95+112) nəticə göstərən Amin Osmanov qızıl, toplam 198 kq (88+110) nəticə göstərən Dəniz Cabbarlı gümüş, toplam 165 kq (75+90) nəticə göstərən Orxan İmanov isə bürünc medal qazanıb.
Dekabrın 23-dək davam edəcək yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, klublarının və mərkəzlərinin, UGİM-lərin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş