Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı müəyyənləşib

Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı müəyyənləşib




Kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı müəyyənləşib.
Azərbaycan Voleybol Federasiyasından BrendSport.az-a bildiriblər ki, dekabrın 22-də qadın voleybolçular arasında Yüksək Liqada I turun oyunları keçiriləcək. Əvvəlcə meydana “Murov” və “Abşeron” komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan iki saat sonra “Azərreyl”- UNEC duelinə start veriləcək.
Dekabrın 23-də isə kişi voleybolçular arasında Yüksək Liqada birinci turun “Murov” – “Neftçi” oyunu təşkil olunacaq. Matç saat 17:00-da başlayacaq.
Hər üç görüş Voleybol Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, kişi və qadın voleybolçuların yarışı altı dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.


Facebook-da paylaş

Xəbəri paylaş