Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Vüqar Həşimovun xatirəsinə həsr olunmuş VIII superturnirin açılış mərasimi olub

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş VIII superturnirin açılış mərasimi olub


Bu gün görkəmli şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş VIII superturnirin açılış mərasimi olub.
BrendSport.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Vüqar Həşimova həsr olunmuş videoçarx nümayiş edilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov cari ildə ölkəmizdə şahmat idman növü üzrə əldə olunan nailiyyətlər barədə məlumat verib: “Şahmatçılarımızın qazandığı uğurlardan çox danışmaq olar. Əsas odur ki, nəticələrimiz davam edir. Artıq tanınmış şahmatçılarımızın davamçıları yetişib. Gənclər turnirlərdən qızıl medallarla qayıdırlar. Ölkəmizdə şahmat yarışları da baş tutur. Naxçıvanda və Şuşada beynəlxalq turnirlər olub. Federasiya və klublar böyük işlər görürlər.
“Vüqar Həşimov” klubunun əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirən nazir ölkədə şahmatın inkişafına verdikləri töhfəyə görə, mərhum şahmatçının ailəsinə minnətdarlığını bildirib.
Vüqarın atası, Memorialın Təşkilat Komitəsinin sədri Qasım Həşimov tədbirə qatılanlara təşəkkür edərək deyib: “Bizim dəvəti qəbul edən əcnəbi qrossmeysterə minnətdaram. Bu turnirdə 4 gənc idmançı var, onlardan ikisi azərbaycanlıdır. Vüqar da gənc və yeniyetmə yaşlarında özünü göstərməyi bacardı”.
“Ailəmiz adından Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Dövlətimizin başçısı Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçlə görüşündə “Vüqar Həşimov Memorialı”nın əhəmiyyətli olduğunu söyləyib. Yarışdakı bütün şahmatçılara uğurlar arzulayıram”, - deyə Q.Həşimov əlavə edib.
Sonda turnirin baş hakimi Lütviyar Rüstəmov iştirakçılara qaydalar haqqında məlumat verib və yarışın püşkü atılıb. Püşkə əsasən, ilk turda Abdulla Qədimbəyli Rauf Məmmədov, çinli Van Hao Şəhriyar Məmmədyarov, Semuel Şenklend (ABŞ) Aydın Süleymanlı, Özbəkistan təmsilçisi Nodirbek Abdusattorov ispaniyalı Valeho Pons, Rumıniya şahmatçısı Riçard Rapport isə hindistanlı Qukeş D ilə qarşılaşacaq.
“Vüqar Həşimov Memorialı-2022”də 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.
Memorial rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə dekabrın 24-dək “Fairmont Baku” hotelində baş tutacaq.


Facebook-da paylaş

Xəbəri paylaş