Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Voleybol üzrə 2021/2022 mövsümünə start verilir



Sabah Biləcəri qəsəbəsində yerləşən “Murov” voleybol klubunun zalında voleybol üzrə 2021/2022 mövsümünə start veriləcək. Qeyd edək ki, saat 15:00-da çempionatın rəsmi açılış mərasimi olacaq.

BrendSport.az
saytı xəbər verir ki, çempionata qadın voleybolçular arasında Super Liqanın “Murov” və “Abşeron” komandalarının oyunu ilə start veriləcək. Görüş saat 16:00-da başlayacaq. Ardınca kişi voleybolçular meydana çıxacaq. Yüksək Liqa çərçivəsində MOİK və “Neftçi” üz-üzə gələcəklər. Qarşılaşmalardan öncə çempionatların rəsmi açılış mərasimi təşkil olunacaq.

Super Liqada “Murov” və “Abşeron”la yanaşı, “Azərreyl”lə UNEC çempion adı uğrunda mübarizə aparacaq. Yüksək Liqada isə MOİK, “Neftçi” “Murov”, “Exspress” və “Sərhədçi” qüvvəsini sınayacaq.

Qadın voleybolçuların yarışı 6, kişilərin mübarizəsi 4 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.

Xatırladaq ki, çempionatların açılış mərasimi və oyunlar “Murov”un Biləcəridəki zalında keçiriləcək və ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejiminə uyğun olaraq qarşılaşmalar azarkeşsiz təşkil ediləcək.

Onu da qeyd edək ki, bu günlərdə qadınlar və kişi voleybolçular arasında I liqa yarışlarına da start veriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş