Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə start veriləcək.
BrendSport.az xəbər verir ki, çempionatda 8 komanda - "Neftçi", "Qarabağ", "Sumqayıt", "Zirə", "Sabah", "Keşlə", "Qəbələ" və "Səbail" mübarizə aparacaq.
Otuzuncu mövsümün ilk turu 2 oyunla başlayacaq. Günün ilk matçında "Sabah" "Bank Respublika Arena"da "Səbail"lə qarşılaşacaq. Start fiti saat 18:30-da veriləcək görüşü Rəşad Əhmədov idarə edəcək.
Günün son oyununda Azərbaycan kubokunun son finalçıları - "Keşlə" və "Sumqayıt" üz-üzə gələcək. "ASK Arena"dakı matçın baş hakimi Kamal Umudlu olacaq. Oyun saat 20:30-da start götürəcək.
Qeyd edək ki, tura avqustun 15-də oynanılacaq "Zirə" - "Qarabağ" və "Neftçi" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş