Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Sumqayıtda “Yay Futbol Düşərgəsi” layihəsi uğurla başa çatıb

Sumqayıtda “Yay Futbol Düşərgəsi” layihəsi uğurla başa çatıb

“Sumqayıt” Futbol Klubunda ənənəvi şəhər məktəbliləri üçün təşkil edilən “Yay Futbol Düşərgəsi” layihəsi başa çatıb. Layihə “Kapital Bank” ASC, “Paşa Həyat Sığorta” ASC-nin sponsorluğu, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Şəhər Təhsil Şöbəsi, “Azərikimya” İstehsalat Birliyinin dəstəyi ilə reallaşıb.
Layihənin koordinatoru Cəmilə Fəyyaz BrendSport.az–a bildirib ki, iyulun 1-də start götürən layihə 9 gün müddətində 3 qrup üzrə keçirilib. Düşərgənin ilk qrupunda iştirak edən şagirdlər Vətən müharibəsində şəhid və qazi olan igid əsgərlərimizin övladları olublar.
“Düşərgəyə cəlb olunan məktəblilər üçün maraqlı və rəngarəng proqram təşkil edilib. Onlar əyləncəli və eyni zamanda, səmərəli təqdimatların iştirakçısı olub, bir çox sahədə bacarıq və vərdişlərini inkişaf etdirmək imkanı əldə ediblər. Müəllimlərin və məşqçilərin rəhbərliyi ilə təşkil olunan ekskursiyalar, tanınmış insanlarla görüşlər, zəngin düşərgə həyatı şagirdlərin istirahətini daha da mənalı və yaddaqalan edib. Bununla yanaşı, iştirakçılar daim peşəkar psixoloq nəzarətində olub, pandemiyanın yaratdığı yeni davranış qaydaları haqqında bilgilər əldə ediblər”, - deyə C.Fəyyaz vurğulayıb.


Facebook-da paylaş

Xəbəri paylaş