Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ

“Qəbələ” klubu “Sabah”ın qapıçısını icarəyə götürüb

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Qəbələ” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
BrendSport.az klubun saytına istinadla xəbər verir ki, qapıçı Nicat Mehbalıyev növbəti mövsümdə “qırmızı-qaralar”ın formasını geyinəcək.
“Sabah”ın qolkiperi bir il müddətinə icarəyə götürülüb.
İyirmi bir yaşlı futbolçu “Sabah” klubundan əvvəl “Bakı”, “Qarabağ” və “Sumqayıt”ın yeniyetmə komandalarında da çıxış edib. O, Azərbaycanın U-21 yığmasının üzvüdür.
Qeyd edək ki, “Qəbələ” Nicat Mehbalıyevdən əvvəl, Urfan Abbasov və Məqsəd İsayevi də heyətinə qatıb.

Facebook-da paylaş

Xəbəri paylaş