Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yeniyetmələr arasında futbol üzrə respublika turnirinin qalibləri müəyyənləşib

Yeniyetmələr arasında futbol üzrə respublika turnirinin qalibləri müəyyənləşib

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin proqramına daxil olan futbol üzrə final yarışı keçirilib.
BrendSport.az xəbər verir ki, “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında təşkil olunan yarışda hər zonadan I və II yer üzrə final mərhələsinə vəsiqə qazanan 12 komanda – İmişli rayonu, Lənkəran şəhəri, Gəncə şəhəri, Saatlı rayonu, Xaçmaz rayonu, Quba rayonu, Yevlax şəhəri, Göyçay rayonu, Zaqatala rayonu, Binəqədi rayonu, Cəlilabad rayonu, Sabunçu rayonunun məktəbliləri mübarizə aparıblar. Yarışda Cəlilabad rayonu birinci, İmişli rayonu ikinci, Gəncə şəhərinin komandası isə üçüncü yerə layiq görülüb.
Olimpiya sistemi üzrə altı zonada keçirilən turnirdə idmanın dörd növü üzrə ümumilikdə respublikanın bütün rayon və şəhərlərindən 2000-dən çox məktəbli iştirak edib.
Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə 2021-ci ilin may-iyun aylarında keçirilən yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri mini-futbol (13-14 yaş), atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş), basketbol (oğlanlar,14-15 yaş) idman növləri üzrə yarışırlar.
Turnirin keçirilməsində məqsəd şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, yeniyetmələr arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir.


Facebook-da paylaş

Xəbəri paylaş