Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cavid Hüseynovun "Keşlə"yə transferi bu səbəbdən gecikir



"Qəbələ"dən ayrılan Cavid Hüseynov hələ də klubsuzdur. Futbolçunun "Keşlə" ilə anlaşacağı gözlənilsə də bu hələ baş tutmayıb.

BrendSport.az -ın əldə etdiyi məlumata görə, transferin baş tutmamasının yeganə səbəbi maliyyədir. Sənan Qurbanov təcrübəli futbolçunu ilk gündən yanına gəlməsini israrla istəyir. Hüseynov özü də bu istəyə qarşı deyil. Amma "Keşlə" rəhbərliyinin ayrılan büdcə ilə bağlı ilk planları əcnəbi futbolçular transfer etməkdir. Əgər bundan sonra pul qalarsa, Cavid mövzusuna yenidən baxılacaq. Yox, ona kimi Cavid özünü yeni klub tapa bilsə, "Keşlə" üçün artıq gec olacaq.

Xatırladaq ki, son mövsümü "Qəbələ"də keçirən Cavid Hüseynov 21 oyunda meydana çıxıb. 33 yaşlı yarımmüdafiəçi bölgə klubundan ayrıldıqdan sonra hələ də klubsuzdur.


Facebook-da paylaş

Xəbəri paylaş