Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisi yenidən Avropa səhnəsinə qayıdır




Kişi həndbolçulardan ibarət Azərbaycan milli komandası “İHF/EHF Trophy”də iştirak edəcək.

BrendSport.az xəbər verir ki, apasport.az-ın məlumatına görə, ardıcıl ikinci dəfə Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq yarışda inkişaf etməkdə olan 6 komanda mübarizə aparacaq.

Turnir iyunun 14-19-da baş tutacaq. Komandalar təkcə kubok deyil, həm də AVRO-2024-ün seçmə mərhələsindən əvvəlki pley-offuna vəsiqələr uğrunda mübarizə aparacaq. İlk üç yeri tutan yığmalar bu hüququ qazanacaq.

Vidadi Əliyevin rəhbərlik etdiyi Azərbaycan millisi B qrupunda Moldova və Gürcüstanla üz-üzə gələcək. A qrupunda Andorra, Bolqarıstan və Kipr yer alıb.

Qrup oyunları iyunun 14-16-da baş tutacaq. İlk iki yeri tutanlar ayın 18-də yarımfinalda üz-üzə gələcək. Final və üçüncülük matçı ertəsi gün təşkil olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş