Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qəbələ” klubu “Gənclər kuboku”nun qalibi olub



BrendSport.az xəbər verir ki, ASCO Arenada keçirilən final oyununda “Sabah” və “Qəbələ” komandaları üz-üzə gəliblər.

Qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmək üçün 15 dəqiqədən ibarət 2 hissə oynanılıb. Əlavə edilmiş birinci hissədə hesabı açan “Qəbələ” yekunda 1:0 hesabı ilə qələbə qazanaraq “Gənclər kuboku”nun qalibi olub.

Mükafatlandırma mərasimində veteran futbolçular Vəli Qasımov, Cahangir Həsənzadə və Fərrux İsmayılov iştirak edib. Qələbə qolunun müəllifi Mehrac Baxşəli final oyunun ən yaxşı oyunçusu, “Sabah”ın üzvü Abdulla Rzayev isə kubok yarışının ən məhsuldar futbolçusu kimi xüsusi mükafatla təltif edilib.


Facebook-da paylaş

Xəbəri paylaş