Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bədii gimnastlarımız İtaliyada dünya kuboku yarışlarında iştirak ediblər

Bədii gimnastlarımız İtaliyada dünya kuboku yarışlarında iştirak ediblər

İtaliyanın Pesaro şəhərində bədii gimnastika üzrə dünya kuboku yarışları keçirilib.
Yarışda bədii gimnastika üzrə yığma komandamızın üzvləri Zöhrə Ağamirova və Arzu Cəlilova iştirak ediblər.
BrendSport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan kubok yarışlarından sonuncusu olan bu turnirdə Z.Ağamirova ən yaxşı nəticəni lentlə göstərərək 11-ci yerdə qərarlaşıb. Böyüklər arasında öz qüvvəsini bu ildən sınayan A.Cəlilova isə ən yaxşı nəticəni gürzlərlə göstərib (22-ci yer).
Xatırladaq ki, Z.Ağamirova 2019-cu ildə Bakıda keçirilmiş dünya çempionatında "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziyanı əldə edib


Facebook-da paylaş

Xəbəri paylaş