Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Namiq Ələsgərov Super Liqa yolunda: 500 min avroluq transfer



Son ölkə çempionu "Neftçi"nin bombardiri Namiq Ələsgərov Türkiyə mətbuatının diqqət mərkəzinə düşüb.

BrendSport.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçinin adı transfer pəncərəsində Türkiyə klublarına keçəcək potensial futbolçuların arasında çəkilir.

Türkiyənin nüfuzlu "Fanatik" nəşri Namiq Ələsgərovun Azərbaycan çempionatında 19-u qol, 4-ü isə məhsuldar ötürmə olmaqla 23 qolun vurulmasında iştirak etdiyini qabardıb.

Futbolçumuzun transfer dəyərinin 500 min dollar olduğunu bildirən nəşr Türkiyə Super Liqasında çıxış edən bəzi klubların Namiq Ələsgərovu heyətində görmək istəyəcəklərini qeyd edib.

Yayılan bəzi məlumatlara görə, artıq "Hatayspor" klubu rəhbərliyi yeni mövsümdən etibarən futbolçumuzu heyətində görmək istəyir.

Qeyd edək ki, nüfuzlu "Transfermarkt" saytı "Neftçi" ilə müqaviləsi gələn il bitəcək futbolçunun transfer dəyərini 500 min avro olaraq qiymətləndirir.


Facebook-da paylaş

Xəbəri paylaş