Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycandan Tokio-2020-yə 22-ci lisenziya



Azərbaycan taekvondoçusu Fəridə Əzizova Bolqarıstanın paytaxtı Sofiyada Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.

BrendSport.az xəbər verir ki, 67 kq-da mübarizə aparan idmançı Tatyana Teterevyatnikova (Ukrayna) ilə qarşılaşıb. 7:2 hesabı ilə qalib gələn Əzizova finala çıxıb. Bununla da, o, olimpiadaya lisenziyanı təmin edib. İdmançımız finalda Maqda Vit-Enen (Fransa) üz-üzə gələcək.

Qeyd edək ki, bu, Azərbaycanın Tokio olimpiadasına ümumilikdə 22-ci lisenziyası olub.


Facebook-da paylaş

Xəbəri paylaş