Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İtib-batmışdı, indi "Səbail"də oyun həll edir - FOTO



“Səbail”in hücumçusu Amil Yunanov Azərbaycan çempionatlarında 40-cı qolunu vurub.

BrendSport.az xəbər verir ki, bu yubiley Premyer Liqanın XXV turuna təsadüf edib.

Paytaxt təmsilçisinin oyunçusu “Qəbələ” ilə ev görüşünün taleyini həll edən qolun müəllifi olub.

Amil 40-cı topunu ölkə çempionatındakı 136-cı matçında vurub. O, 1992-ci ildən keçirilən yarışın tarixində 40 və daha çox qol vuran 60-cı futbolçudur.

Debütü 2010/11 mövsümünə təsadüf edən Yunanov ilk qolunu növbəti çempionatda “Qəbələ”nin heyətində vurub.

O, daha üç komandanın formasını geyərkən qol sevinci yaşayıb. Amil “Sumqayıt”da 28, “Səbail”də 6, “Keşlə”də 5 dəfə fərqlənib.


Facebook-da paylaş

Xəbəri paylaş