Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın 2 klubu avrokuboklarda çıxış etməyəcək



Azərbaycan Premyer Liqasında çıxış edən iki klub avrokuboklara vəsiqə şansını rəsmən itirib.

BrendSport.az xəbər verir ki, buna XXV turun ikinci oyun gününün nəticələri səbəb olub.

“Səbail” və “Qəbələ” Avropa Liqasına vəsiqə qazanmağa nəzəri şansları da qalmayıb. Bu, “Qarabağ”la görüşdə heç-heçə edən “Zirə”nin aktivini 34 xala çatdırmasından sonra reallaşıb.

24 xala malik “Səbail” və “Qəbələ” 3-cü yerdən 10 xal geri qaldığından avrokubok şansı ilə vidalaşıb. Bunda hər iki komandanın, həmçinin onlar üçün əlçatmaz olan ilk “üçlük”dəki komandaların kubokda da mübarizəni dayandırması da rol oynayıb.

“Neftçi” və “Qarabağ” avrokuboklara vəsiqəni təmin edibsə, digər iki yerə 4 iddiaçı qalıb. Lakin hazırda davam edən görüşdə xal itirsə, “Sabah” da şansını itirəcək.


Facebook-da paylaş

Xəbəri paylaş