Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Millimizin lisenziya turniri üçün heyəti açıqlandı



Mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat turniri keçiriləcək.

BrendSport.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, Tokio Olimpiadasına lisenziya qazandıracaq sonuncu yarışda hər 3 güləş növü üzrə millilərimiz iştirak edəcək. Yunan-Roma güləşi üzrə mübarizə turnirin son iki günündə keçiriləcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Murad Məmmədov (60 kq), Rəsul Çunayev (67 kq), Rafiq Hüseynov (77 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) Sofiyada Olimpiya Oyunlarına vəsiqə qazanmağa çalışacaq. Komandamız Bolqarıstana mayın 6-da yollanacaq.

Xatırladaq ki, güləşin bu növündə İslam Abbasov (87 kq) martda Macarıstanda keçirilən Avropa Olimpiya Təsnifat turnirində lisenziya qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş