Faydalı saytlar


Reklam



“Newin Chess Classic”: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov mübarizəyə başlayır

“Newin Chess Classic”: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov mübarizəyə başlayır

Aprelin 24-də dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının növbəti turniri start götürür.
BrendSport.az xəbər verir ki, “Newin Chess Classic” adlanan turnirdə iki şahmatçımız - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov mübarizəyə başlayır. Birinci turda Ş.Məmmədyarov Hikaru Nakamura, T.Rəcəbov Qeveyn Consa qarşı mübarizə aparacaqlar.
Turnirdə şahmatçılarımız və rəqibləri ilə yanaşı, Maqnus Karlsen, amerikalı şahmatçılar Uesli So, Leyner Dominqes, rusiyalı Sergey Karyakin, ermənistanlı Levon Aronyan, FIDE-ni təmsil edən Alireza Firuzca, Norveç təmsilçiləri Aryan Tari və Yoxan-Sebastyan Kristyensen, polşalı Yan-Kşıştof Duda, Vyetnam təmsilçisi Le Quanq Lyem və hindistanlılar Vidjit Santos və Rameşbabu Praqnanandha iştirak edirlər.
Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatıldığı və mayın 2-dək davam edəcək turnirdə ən güclü 8 şahmatçı pley-offa vəsiqə qazanacaq.
“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.


Facebook-da paylaş