Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kross qaçışı üzrə paytaxt çempionatının qalibləri bəlli olub



Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatı keçirilib. Azərbaycan Atletika Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən çempionatda yeniyetmələr, gənclər və böyüklər iştirak ediblər.

BrendSport.az xəbər verir ki, yarışda 8 komandanın heyətində 70 idmançı mübarizə aparıb.

Qadınların yarışında 1 kilometr məsafəyə qaçışda Ləman İsfəndiyarova birinci olub. Tutuxanım İsrafilova 2, Leyla Sadıqova 4, Anna Yusupova isə 6 kilometr məsafəyə qaçışda qızıl medal qazanıblar.

Kişilərin mübarizəsində Atilla Hüseynli 2, Mahmud Mehdiyev 3, Nurlan Bayramov 6, Elman Abışov isə 10 kilometr məsafəyə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.


Facebook-da paylaş

Xəbəri paylaş