Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Futzal üzrə Azərbaycan millisi seçmə mərhələyə qələbə ilə yekun vurub




Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qrupda sonuncu oyununu keçirib.

BrendSport.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən qarşılaşmada Yunanıstan yığması ilə üz-üzə gələn millimiz 4:0 hesablı qələbə qazanıb.

Panagiotis Gousisin avtoqol müəllifi olduğu oyunda millimizin digər qollarını Fineo, İsa Atayev və Ramiz Çovdarov vurublar.

Qeyd edək ki, aktivində 16 xalı olan millimiz 3-cü qrupun lideridir və gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. İndiyədək millimiz 5 dəfə (2010-cu, 2012-ci, 2014-cü, 2016-cı və 2018-ci illərdə) qitə birinciliyinin həlledici mərhələsində iştirak edib.


Facebook-da paylaş

Xəbəri paylaş