Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

İbrahim Şehiç: Qarabağ Azərbaycandır


Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, bosniyalı qapıçı şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edib: “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”.
Otuz bir yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


Sumqayıt idmançıları növbəti uğurlarını qazanıblar

Sumqayıt idmançıları növbəti uğurlarını qazanıblar


Beynəlxalq arenada keçirilən turnirlərdə Sumqayıt idmançıları uğurla çıxış edirlər.
BrendSport.az Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, noyabrın 9-dan 11-dək Xorvatiyanın Poreç şəhərində 23 yaşadək cüdoçular arasında keçirilmiş Avropa birinciliyində Azərbaycan milli komandasının üzvü, Sumqayıt idmançısı Gültac Məmmədəliyeva (52 kq) gümüş medal qazanıb.
Noyabrın 11-dən 18-dək qeyri-ənənəvi qaydada - “Zoom” proqramı vasitəsilə təşkil olunan dünya kubokunda isə 67 kq çəki dərəcəsində qüvvəsini sınayan şəhər idmançısı Murad Əliyev birdən qaldırma hərəkətində 120 kiloqram, təkanla qaldırmada isə 139 kiloqramı başı üzərinə qaldıra bilib. Toplam 259 kiloqram nəticə göstərən atletimiz həm birdən qaldırmada, həm də toplamda dünya kubokunun gümüş medalına sahib çıxıb


Facebook-da paylaş