Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Elxan Məmmədov ermənilərin futbolla bağlı təxribatlarından danışdı




“Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində həlak olan ailənin üzvlərindən biri - 13 yaşlı Şəhriyar Qurbanovdur. Əməkdaşlarımız bu oğlanı tanıdılar, AFFA-nın bazasında apardıqları axtarışdan sonra əmin oldular ki, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov müxtəlif yaş qrupları üzrə UGİM (Naftalan) klubunda çıxış edib. Təəssüf ki, biz həyatı yenicə başlayan 13 yaşlı yeniyetməni itirdik”.

BrendSport.az
xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Milli assosiasiya rəsmisi futbol ailəsinin üzvünü itirdiklərini bildirib: “Biz müvafiq olaraq, FİFA və UEFA-nı məlumatlandırdıq. Çünki Azərbaycan futbol ailəsinin üzvü həm də Avropa və dünya futbol ailəsinin üzvüdür. Borcumuz hamımızı sarsıdan faciəvi itkidən yuxarı orqanları, indiki halda, FIFA və UEFA-nı məlumatlandırmaq idi. Bu, bir daha dünyaya sübut edir ki, təcavüzkar Azərbaycan ərazisində dinc sakinlərə hücum edir”.

İcraçı vitse-prezident Ermənistan Futbol Fedrasiyasının (EFF) bəyanatını absurd və alçaldıcı adlandırıb. EFF-nin AFFA rəsmilərinin açıqlamaları ilə bağlı şikayətlərinə gəldikdə, o, hər bir ölkə vətəndaşın Azərbaycan bayrağının işğal olunmuş 7 rayon və Dağlıq Qarabağda sanğılacağı günü səbirsizliklə gözlədiyini vurğulayıb.

E.Məmmədov bildirib ki, hazırda EFF-ni başqa bir məsələ də narahat edir: “İki həftə əvvəl biz UEFA-ya “Lernain Artsax” klubu ilə bağlı sorğu göndərmişik. Bizdə olan məlumata görə, bu klub əvvəlcə Xankəndində qeydiyyatdan keçib və deməli, yalnız Azərbaycan çempionatında çıxış edə bilər. Lakin “Lernain Artsax” qeydiyyata alındıqdan sonra əvvəlcə tanınmamış Dağlıq Qarabağ Resublikaının çempionatında, daha sonra Ermənistan çempionatında mübarizəyə qoşulub. Onların bu çempionatda iştirak etmələri üçün hüquqi cəhətdən heç bir hüququ yoxdur. Üstəlik, klub öncə qeydiyyatdan qanunsuz keçib. UEFA-dan bu işi araşdırmağı və klubun nə qədər legitim olduğuna dair informasiya verməyi xahiş etmişik”.

AFFA rəsmisi Avropa Liqasının pley-off mərhələsində “Legiya” və “Qarabağ” arasında Polşada keçiriləcək oyunla bağlı UEFA-ya müraciət etdiklərini də xatırladıb: "AFFA UEFA-ya müraciət edərək bu matçla bağlı əlavə təhlükəsizlik tədbirlərinin görülməsini istədi. Qitə futbol qurumu operativ reaksiya verərək, oyuna təhlükəsizlik üzrə xüsusi nümayəndə təyin etdi. Əlbəttə, Ermənistan vətəndaşlarının əvvəlki təxribatları da nəzərə alındı. Təbii ki, biz Avropa Liqasında ötən mövsüm Lüksemburqda keçirilmiş “Düdelanj” - “Qarabağ” oyununda yaşananları unutmamışıq. Həmin vaxt ermənilər stadion üzərində dron qaldıraraq onu komandamıza tərəf yönləndirmişdilər. Xoşbəxtlikdən, heç kim xəsarət almamışdı. Həmin vaxt UEFA nümayəndələri oyunu dayandırmış, 20 dəqiqədən sonra davam etdirmişdilər. Bu faktları nəzərə alaraq, UEFA təhlükəsizlik üzrə əlavə nümayəndə təyin edib. Biz həmçinin, təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunması üçün Polşa Futbol Federasiyasına da müraciət etmişik”.


Facebook-da paylaş

Xəbəri paylaş