Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir Gədəbəy rayonunda keçirilib

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir Gədəbəy rayonunda keçirilib


AFFA-nın və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
BrendSport.az saytı AFFA-ya istinadla xəbər verir ki, layihə Prezident İlham Əliyevin 2019-cu il dekabrın 29-da Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Layihə çərçivəsində rayonun Novosaratovka, Novoivanovka, Şınıx və Miskinli kəndlərində 50 məktəbliyə futbola marağın artırılması məqsədilə idman geyimləri və toplar verilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, deputatlar Sevinc Hüseynova, Arzu Nağıyev, Sabir Hacıyev və digər şəxslər iştirak ediblər.


Facebook-da paylaş