Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: "Sabah" "Qəbələ" ilə qarşılaşacaq



Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq.

BrendSport.az xəbər verir ki, turun son matçında "Sabah" "Qəbələ"ni qəbul edəcək.

Paytaxt təmsilçisi ilk turda "Qarabağ"a 0:2 hesabı ilə uduzub. "Qəbələ" isə "Zirə" ilə heç-heçə edib - 1:1.

Komandalar indiyədək Premyer Liqada 7 dəfə üz-üzə gəliblər. Hər kollektiv 3 dəfə qələbə qazanıb, bir oyunda isə qalib müəyyənləşməyib. Topların fərqi də bərabərdir - 7:7.

Son iki oyunda paytaxt klubu meydanı 3 xalla tərk edib. “Qəbələ” rəqibinə qarşı ardıcıl son üç matçda qol vura bilib.

Azərbaycan Premyer Liqası, II tur

19:00. Sabah” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov

Hakim-inspektor: Fariz Yusifov

AFFA nümayəndəsi: Rüfət Əmirov

“Bank Respublika Arena”

Qeyd edək ki, turun digər matçlarında "Sumqayıt" "Neftçi"ni 2:0, "Zirə" "Səbail"i 2:1 hesabı ilə məğlub edib. "Qarabağ" isə "Keşlə" ilə oyunda qolsuz bərabərliyə razı olub.


Facebook-da paylaş

Xəbəri paylaş