Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisi Avropa çempionatına 13 gimnastla yollanacaq



Bədii gimnastika üzrə Azərbaycan millisi Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək Avropa çempionatında iştirak edəcək.

BrendSport.az Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir ki, yığma turnirdə 13 idmançı ilə təmsil olunacaq.

Böyüklərin yarışında 8, gənclərin mübarizəsində isə 5 gimnast qüvvəsini sınayacaq.

Qeyd edək ki, 26 - 29 noyabr tarixlərində təşkili nəzərdə tutulan Avropa çempionatında iştirak üçün indiyədək 39 ölkə müraciət edib. Ən diqqət çəkən məqam Rusiyanın yarışa qatılmamasıdır. Turnirdə 300-ə yaxın gimnastın iştirakı gözlənilir. AÇ ilə bağlı yekun qərar sentyabrın 28-də qəbul olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş