Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ölkəmizdə futbol üzrə Birinci Divizion və Gənclər Liqasında mövsüm dayandırılıb

Ölkəmizdə futbol üzrə Birinci Divizion və Gənclər Liqasında mövsüm dayandırılıb


Xüsusi karantin rejimi nəzərə alınaraq, iyunun 1-də AFFA-nın İcraiyyə Komitəsinin üzvlərindən telefon zəngi vasitəsilə Birinci Divizion, Gənclər Liqası və digər məsələlər barədə münasibət öyrənilib.
BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, aparılmış geniş müzakirələrdən sonra Birinci Divizionda çıxış edən klubların müxtəlif regionları təmsil etməsi, yay mövsümü ilə əlaqədar oyunların axşam saatlarında keçirilməsi zərurətinin yaranması və bəzi stadionlarda infrastrukturun (işıqlandırma sisteminin) müvafiq tələblərə cavab verməməsi, iştirakçı klublarla aparılmış müzakirələr nəzərə alınaraq, Birinci Divizionda mövsümün dayandırılması, hazırkı turnir cədvəlinə uyğun olaraq qalib elan olunması səs çoxluğu ilə qəbul olunub.
Koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmış Gənclər Liqasında oyunların keçirildiyi stadionlarda infrastruktur amilləri nəzərə alınaraq mövsümün dayandırılması və turnir cədvəlinə əsasən qalib elan olunması məqsədəuyğun sayılıb.
Müzakirələr zamanı Premyer Liqada və Azərbaycan kuboku uğrunda yarışda oyun ərzində 5 əvəzetməyə icazə verilməsi təsdiqlənib. Premyer Liqa oyunlarının bərpasından 48 saat əvvəl klubların məşqçi və futbolçu heyətinin koronavirus testindən keçirilməsi qərara alınıb.


Facebook-da paylaş

Xəbəri paylaş