Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Neftçi” və “Qarabağ” klubları ölkə çempionatlarında 100-dən çox böyük hesablı qələbə qazanıblar

“Neftçi” və “Qarabağ” klubları ölkə çempionatlarında 100-dən çox böyük hesablı qələbə qazanıblar

Azərbaycan çempionatları tarixində 913 oyun böyük hesablı nəticə ilə başa çatıb.
BrendSport.az
Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, 1992-ci ildən keçirilən çempionatlarda ən çox böyük hesablı qələbə qazanan komanda “Neftçi”dir. Bakılılar 127 dəfə rəqibini 3 və ya daha çox top fərqi ilə məğlub ediblər. Daha bir komandanın hesabında 100-dən çox böyük hesablı qələbə var. “Qarabağ” komandası 107 matçda buna nail olub.
Ən çox böyük hesablı qələbə qazanan komandaların siyahısında sonrakı yerləri “Kəpəz” (93), “Turan” (59), “Keşlə” (53), “Bakı” (52), “Xəzər Lənkəran” (42), “Şəmkir” (38), “Xəzər” Sumqayıt və “Qəbələ” (31) komandalarıdır.
Üç və ya daha çox top fərqi ilə məğlubiyyət sayında antirekord MOİK-ə məxsusdur. Paytaxt təmsilçisi 52 dəfə böyük hesabla məğlub olub. Qusarın “Şahdağ” komandası ikinci (45), “Turan” (44) isə üçüncüdür.
Ən çox böyük hesablı məğlubiyyətlə üzləşən komandaların siyahısında isə sonrakı yerləri aşağıdakı komandalar tuturlar: “Kəpəz” (40), “Bakı” (37), “Xəzər” Sumqayıt (36), “Şəfa” (30), “Qəbələ” (27), “Viləş”, “Pambıqçı” B, “Kürmük”, “Bakılı” (hər biri 26 dəfə).


Facebook-da paylaş