Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Sürətli şahmat üzrə onlayn respublika birinciliyinin qalibləri müəyyənləşib

Sürətli şahmat üzrə onlayn respublika birinciliyinin qalibləri müəyyənləşib

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn respublika birinciliyinin qalibləri müəyyənləşib.
BrendSport.az xəbər verir ki, www.chess.com internet portalı üzərindən keçirilən turnirdə müxtəlif yaş qruplarında oğlanlar arasında Büsət Cəfərli, Yusif Babayev, Kənan İsbatov, Əhmədağa Həşimov, Ümid Aslanov, İsmayıl Qurbanov birinci yeri tutublar. Qızlar arasında isə Əsnad Baxışzadə, Nəzrin Abdullayeva, Zəhra Məmmədli, Leyla Budaqova, Cəmilə Paşayeva, Zeynəb İsmayılzadə qalib olublar.
Ümumi hesabda Müthət Gülümov, Şiroğlan Talıbov, Cahandar Azadəliyev ilk üçlükdə qərarlaşıblar.
Qeyd edək ki, turnir İsveçrə sistemi üzrə keçirilib və 11 turdan ibarət olub. Yarışda 7, 9, 11, 13, 15, 17 yaşadək oğlanlar və qızlar güclərini sınayıblar.


Facebook-da paylaş