Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Futbol üzrə Azərbaycan çempionatının XXI turunun oyunlarına hakim təyinatları açıqlanıb




Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turunun oyunlarına hakim təyinatları açıqlanıb.

BrendSport.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura martın 14-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Keşlə” oyunu ilə start veriləcək. Saat 16:00-da başlayacaq görüşü Səbuhi Bayramov idarə edəcək.

Həmin gün baş tutacaq “Qarabağ” – “Qəbələ” matçının baş hakimi Rauf Cabbarov olacaq. Saat 18:00-da start götürəcək görüş Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.

Martın 15-də Zirə “Kapital Bank Arena” stadionunda keçiriləcək “Sumqayıt” – “Səbail” oyununda baş hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matç saat 16:00-da başlayacaq.

Tura həmin gün keçiriləcək “Neftçi” - “Zirə” oyunu ilə yekun vurulacaq. Kamal Umdulunun idarə edəcəyi qarşılaşma saat 18:00-da start götürəcək.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Qeyd edək ki, 20 turdan sonra turnir cədvəlinə 45 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 37 xal olan “Neftçi” ikinci, 30 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (23), “Zirə” (23), “Sabah” (21), “Səbail” (20) və “Qəbələ” (19) yer alıblar.


Facebook-da paylaş