Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Salyan cüdoçuları açıq rayon birinciliyinin qalibi olublar



Salyan Rayon Gənclər və İdman İdarəsi tərəfindən Xocalı soyqırımına həsr edilmiş yeniyetmə və gənclər arasında cüdo üzrə açıq rayon birinciliyi keçirilib.

BrendSport.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, Salyan Olimpiya İdman Kompleksində təşkil olunan yarışda əvvəlcə Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açıq rayon birinciliyində Bakı, Lənkəran, Şirvan, Hacıqabul, Biləsuvar, Sabirabad və Salyandan 170 idmançı iştirak edib. Yarış 2 yaş qrupunda 18 çəki dərəcəsi üzrə keçirilib.

Komanda hesabında Salyan idmançıları birinci olublar. Bakı cüdoçuları yarışı ikinci, Şirvan təmsilçiləri üçüncü pillədə başa vurublar.

Qalib idmançılar Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif ediliblər.


Facebook-da paylaş

Xəbəri paylaş