Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Azərbaycan Premyer Liqası: “Qarabağ” klubu “Zirə”ni darmadağın edib

Azərbaycan Premyer Liqası: “Qarabağ” klubu “Zirə”ni darmadağın edib
Fevralın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turuna start verilib.
BrendSport.az
xəbər verir ki, açılış görüşündə turnir cədvəlinin lideri “Qarabağ” səfərdə “Zirə” komandasının qonağı olub.
Görüş ağdamlıların 6:0 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ”ın heyətində Bədavi Hüseynov (4), Xayme Romero (11), Mahir Emreli (14), Ailton Silva (28), Abdullah Zubir (61) və Maqali Qeye (85) fərqləniblər.
Qarşılaşmanın 68-ci dəqiqəsində “Zirə”nin kapitanı Cavid Hüseynov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Bu qələbədən sonra xal ehtiyatını 38-ə çatdıran “Qarabağ” əsas izləyicisi, bir oyun az keçirən “Neftçi”dən 11 xal irəlidədir.
“Zirə” isə 20 xalla 5-ci yerdə qərarlaşıb.


Facebook-da paylaş