Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



FHN əməkdaşları və idmançılarının yeni nailiyyətləri



19 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində nazirliyin yarışlarda uğur qazanmış əməkdaşları və idmançıları ilə görüş keçirilib.

BrendSport.az saytı xəbər verir ki, görüşdə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürəni Toğrul Mikayılovu, İdman-sağlamlıq mərkəzinin əməkdaşı baş-leytenant Rəşad Kəsəmənlini və FHN-in taekvando komandasının idmançısı Tamerlan Yaqubovu əldə etdikləri nailiyyətlərə görə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, 07-08 dekabr 2019-cu il tarixlərində Almaniyanın Zindelfinger şəhərində uşaq taekvondoçular arasında Avropa birinciliyi keçirilib. 32 ölkədən 500-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən FHN-in İdman-sağlamlıq mərkəzinin idmançısı Mərkəzin əməkdaşı gizir Elvin Məmmədovun rəhbərliyi altında yüksək nəticə göstərib.

Fövqəladə Hallar Nazirliyinin taekvandoçusu Tamerlan Yaqubov 29 kq çəki dərəcəsində 4 döyüş keçirərək turnirin gümüş medalına layiq görülüb.
10-13 dekabr 2019-cu il tarixlərində Ukraynanın Xarkov şəhərində Sanda döyüş növləri üzrə Dünya çempionatı keçirilib. Turnirdə 45 ölkədən 1000-dən çox idmançı iştirak edib.

Yarışda FHN-in əməkdaşları Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürəni çavuş Toğrul Mikayılov 65 kq çəki dərəcəsində və Xüsusi Riskli Xilasetmə Xİdmətinin N saylı hərbi hissəsinin baş sürücüsü gizir Təbriz Qasımov 75 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək kürsünün ən yüksək pilləsinə qalxıblar. Bununla da, Toğrul Mikayılov 5 qat dünya çempionu adını qazanıb.

13 dekabr 2019-cu il tarixində Azərbaycan Texniki Universitetinin idman zalında Azərbaycan Qol Güləşi Federasiyasının təşkilatçılığı ilə qol güləşi idman növü üzrə “Respublika Kuboku” açıq birinciliyi keçirilib. Yarışda 40 komandadan 140-dən çox idmançı mübarizəyə qoşulub. Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin əməkdaşı baş-leytenant Rəşad Kəsəmənli bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına layiq görülüb. İmdançımız Azərbaycan Qol Güləşi Federasiyasının diplom və medalı ilə təltif olunub.








Facebook-da paylaş