Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AFFA-nın baş katibi UEFA-nın İcraiyyə Komitəsinin iclasında iştirak edib



Dekabrın 4-də İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, AFFA-nın baş katibi, UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədri Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasına dəvət olunub.

E.Məmmədov rəhbərlik etdiyi komitənin fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edib. Bundan əlavə, Komitənin irəli sürdüyü “Child safeguarding” (Uşaqların mühafizəsi) siyasəti ilə bağlı təqdimat olub. E.Məmmədov İcraiyyə Komitəsi qarşısında qeyd olunan siyasətin müvafiq əsasnaməsinin təsdiqi təklifini səsləndirib.


Facebook-da paylaş

Xəbəri paylaş