Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



XIV Respublika spartakiadası çərçivəsində dama yarışlarının qalibləri müəyyənləşib



Orta ixtisas təhsil müəssisələri arasında XIV Respublika spartakiadası çərçivəsində dama yarışları keçirilib.

BrendSport.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Kollecinin idman zalında oğlanlar və qızlar arasında keçirilən yarışda, ümumilikdə 12 komanda iştirak edib.

Qızlar arasında birinci yeri Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri tutublar. İkinci və üçüncü yerləri Bakı İdarəetmə və Texnologiya və Bakı 2 nömrəli Baza Tibb kolleclərinin idmançıları tutublar.

Oğlanların yarışında isə ilk üç yerə Bakı 2 nömrəli Baza Tibb, Azərbaycan Dövlət Pedaqoji və Bakı İdarəetmə və Texnologiya kolleclərinin damaçıları sahib olublar.


Facebook-da paylaş