Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Tayboks üzrə respublika turnirinin açılış mərasimi olub



Oktyabrın 19-da Abşeron Olimpiya İdman Kompleksində Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmələr və gənclər arasında tayboks üzrə respublika turnirinin açılış mərasimi keçirilib.

BrendSport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda uşaqlar, yeniyetmələr, gənclər və böyüklər mübarizə aparırlar.

Yarışın açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Azərbaycan Muay-Tay Federasiyasının prezidenti Azər Həsənsoy ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafından danışaraq deyib ki, Prezident İlham Əliyevin idmana diqqət və qayğısı sayəsində bu sahə gündən-günə öz inkişafını sürətləndirir. Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərində də nailiyyətlər getdikcə artır. Azərbaycanda bu idman növünə gənclər arasında maraq çoxdur və gələcəkdə bu sahədə daha böyük nailiyyətlər qazanılacaq. Federasiya rəhbəri bildirib ki, ölkəmizdə Qarabağ şəhidlərinə həsr edilmiş tədbirlər artıq ənənə halı alıb. Bu, sevindirici haldır ki, belə turnirlər yeniyetmə və gənclərin vətənpərvər yetişməsində böyük rol oynayacaq.

Çempionata 25 klubdan 200-ə yaxın idmançı qatılıb. Respublika turnirinə oktyabrın 20-də yekun vurulacaq.


Facebook-da paylaş