Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Premyer Liqasında “Qəbələ” ilk turdakı oyununu öz meydanında keçirəcək



Azərbaycan Premyer Liqasının yeni mövsümündə “Qəbələ” klubu ilk turdakı oyununu öz meydanında keçirəcək. “Qırmızı-qaralar” doğma azarkeşlər önündə “Sumqayıt”la qarşılaşacaq.

BrendSport.az xəbər verir ki, komandalar daxili yarışlarda ardıcıl üçüncü oyununu bir-birinə qarşı keçirəcək. Ötən mövsümün son turunda üz-üzə gələn rəqiblər ardınca Azərbaycan kubokunun finalında da görüşüb. Həmin qarşılaşmaların hər ikisində 1:0 hesabı qeydə alınıb. Premyer Liqa matçında sumqayıtlılar, kubokda isə “Qəbələ” qələbə qazanıb.

Ümumilikdə bu iki komanda indiyədək 29 dəfə üz-üzə gəlib. Bu oyunlarda “qırmızı-qaralar” böyük üstünlüyə malikdirlər. Hesabında 18 qələbə olan “Qəbələ” komandası səkkiz heç-heçə edib və yalnız üç dəfə məğlubiyyətlə üzləşib. Rəqib isə 21 dəfə fərqlənib. “Sumqayıt”la görüşlərin ən yaxşı bombardiri Viktor Mendidir. O, rəqib qapısından yeddi top keçirib.

Premyer Liqa matçlarında rəqibini 17 dəfə məğlub edən “qırmızı-qaralar” səkkiz heç-heçə edib və üç dəfə uduzub. Rəqib qapısından 47 top keçirən Qəbələ şəhər təmsilçisi 21 qol buraxıb.

On beşinci dəfə “Sumqayıt”ı qonaq edəcək “Qəbələ” öz meydanında bu rəqibə uduzmayıb. Əvvəlki 14 oyunun hamısında qol sevinci yaşayan “Qırmızı-qaralar” 11 qələbə qazanıb, 3 dəfə heç-heçə edib.

Xatırladaq ki, “Qəbələ” – “Sumqayıt” matçı avqustun 17-də Qəbələ şəhər stadionunda keçiriləcək. Oyunun baş hakimi Rauf Cabbarov olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş